Narkotacir cinayət başında yaxalandı — FOTO

KRİMİNAL 04 apr 2020, 10:20

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat tədbiri keçirib. 


Demokrat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 


Bildirilib ki, nəticədə Şahağacı kənd sakini Nəsirov Elşad 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb. 


Əməliyyat tədbirlərinin davamı olaraq E.Nəsirovun Şahağacı kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq psixatrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.


Faktla bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top