Fermerlər üçün heç bir məhdudiyyət yoxdur — VİDEO

SOSİAL 04 apr 2020, 08:49

Xüsusi karantin dövründə fermerlərin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olması üçün heç bir məhdudiyyət yoxdur. Yaz əkinlərində texnika və avadanlıq cəhətdən də heç bir problem gözlənmir. Aqroservislərdəki texnikaların da bir rayondan digərinə yönləndirilməsi mümkün olacaq.


Demokrat.az xəbər verir ki, fermerlərin kənd təsərrüfatı işləri məşğul olması üçün heç bir məhdudiyyət yoxdur.


Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı son məhdudiyyətlərindən sonra bir sıra sahələrinin fəaliyyətinə icazə verilib. Bu sahələrdən biri də kənd təsərrüfatıdır. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, fermerlərin əkin və səpin işlərini həyata keçirməsi üçün heç bir məhdudiyyət yoxdur. Kənd təsərrüfatı texnikalarının hərəkəti də sərbəstdir.


Nazirlik rəsmisi bildirir ki, yaz əkinlərində texnika və avadanlıq cəhətdən də heç bir problem gözlənmir. Çünki, toxum, gübrə və pestisid ehtiyatı yanvar ayında formalaşdırılıb. Fermerlərlə müavilə bağlamış pambıq şirkətlərinin də ehtiyatları kifayət qədərdir. 

 

Həmçinin, karantin dövründə də əvvəlki illərdə olduğu kimi Aqroservislərdəki texnikaların da bir rayondan digərinə yönləndirilməsi mümkün olacaq.


Əkin- səpin işlərində də karantin və sanitary-gigiyena qaydalarına riayət edilməsi tövsiyə olunur.(xezerxeber.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top