Evdən çıxmaq üçün bu sayda şəxsin icazəsi təsdiqləndi

SOSİAL 04 apr 2020, 08:23

Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün “icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının sayı açıqlanıb.


Demokrat.az  Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, müraciətlərin qəbulu başlayandan indiyədək 158 170 nəfərin icazəsi təsdiqlənib.

 
Məlumata görə, sistemin fəaliyyətə başladığı ilk gündə  icazəsi təsdiqlənən həmin şəxslər 11 986 qurumu təmsil edib.

 
Qeyd edək ki, əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı üzərindən müraciətlərin qəbuluna aprelin 3-də 10:00-dan başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top