Karantin rejimini pozanlar belə cərimələndi — VİDEO

SOSİAL 04 apr 2020, 08:09

Ölkənin Şimal bölgəsində koronavirus ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına riayət edilməsi və rayon sakinlərinin sağlamlıqlarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Buna baxmayaraq, bəzi vətəndaşların xüsusi karantin rejimini pozması hallarına da rast gəlinir.

 

Oxu.Az bildirir ki, İcra Hakimiyyəti yanında yaradılan Operativ Qərargah bu istiqamətdə tədbirləri gücləndirib. Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən mütəmadi olaraq təhsil, səhiyyə və mədəniyyət müəssisələri, o cümlədən, parklar, avtobus dayanacaqları və səkilər, yaşayış binalarının həyət və girişləri tam dezinfeksiya olunur.

 

Bunlarla yanaşı, polis əməkdaşları səs güclədiriciləri vasitəsilə əhalini evdə qalmağa çağırır. 

 

Aparılan əməliyyatlar nəticəsində Xızıda iki obyekt sahibi  olmaqla, ümumilikdə 15 nəfərin karantin qaydalarını pozması halına rast gəlinib ki, onlar barəsində də qanuna müvafiq qaydada tədbirlər görülüb.

 

Koronavirusla mübarizə tədbirləri Goranboy rayonunda da davam etdirilir. Burada da xüsusi karantin rejimini pozan üç obyekt və 38 vətəndaş cərimələnib. 

 

Rayonun giriş və çıxışlarında yerləşən müvəqqəti postlarda da nəzarət gücləndirilib. Eyni zamanda, yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinə riayət etməyən ticarət obyektləri və vətəndaşlara qarşı ciddi hüquqi tədbirlər görülür.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top