Azərbaycanda iş adamının oğlu yol qəzasında öldü

HADİSƏ 03 apr 2020, 22:57

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 
 
Demokrat.az-ın xəbərinə görə, hadisə Xaçmaz-Niyazoba yolunda qeydə alınıb. "Hyundai" markalı maşının aşması nəticəsində Xaçmaz şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Ramin Rasim oğlu dünyasını dəyişib. Xəsarət alan Kamran Abbasov isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Qeyd edək ki, dünyasını dəyişən şəxs Xaçmazda iş adamının oğludur. Faktla bağlı araşdırma aparılır.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top