"Afrika sizin üçün test laboratoriyası deyil" — Droqba və Eto’Odan SƏRT ETİRAZ

İDMAN 03 apr 2020, 22:38

Fransa Milli Sağlamlıq və Tibbi Araşdırma İnstitutunun tədqiqat direktoru Camille Loct və Cocin xəstəxanasının reanimasiya xidmətinin mütəxəssisi Jan Pol Mira yerli telekanalların birində koronavirus pandemiyasının peyvəndini Afrikada sınamağı təklif ediblər.


Dünya şöhrətli futbolçular Didye Droqba və Samuel Eto’O bu təklifiə sərt reaksiya veriblər.


Sosial şəbəkədə paylaşım edən afrikalı keçmiş veteran futbolçular bu materikin sınaq labaratoriyası olmadığını qeyd ediblər.


Fil Dişi Sahilindən olan Droqba afrikalı liderləri vətəndaşlarını qorumağa çağırıb: 


“Bu alçaldıcı və irqçi ifadələri şiddətlə qınayıram. Afrika sizin üçün bir test laboratoriyası deyil. Afrikanı bir sınaq donuzu kimi görmək iyrənclikdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top