Bakıda dəhşət — Xəstəlikdən bezən kişi intihar etdi

HADİSƏ 03 apr 2020, 22:25

Bakının Nəsimi rayonunda bir nəfər sirkə turşusu içərək intihar edib.


Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.


Aprelin 1-də 1953-cü il təvəllüdlü Azad Ramazanov Toksikoloji Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq həmin şəxs ertəsi gün ölüb.


Məlum olub ki, A.Ramazanov uzun müddət vərəm xəstəliyindən əziyyət çəkirmiş və bu səbəbdən də həyatına qəsd edib.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top