Erməni əsilli musiqiçi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının çağırışına dəstək verdi — FOTOLAR

HADİSƏ 03 apr 2020, 20:15

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti Serj Tankian Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının çağırışına qoşulub.


Demokrat.az apa-ya istinadla xəbər verir ki, bunun icmanın üzvü Samir Məmmədov bildirib ki, Serj Tankian onun Avstraliyanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfirliyini Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etməyə səslədiyi paylaşımına dəstək verib və bunu öz “Twitter” hesabında paylaşıb.


Qeyd edək ki, bir qədər əvvəl Avstraliyanın Türkiyədəki səfiri Mark İnnes-Braun ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağda keçirilən "seçkilər"i tanımadığını artıq bəyan edib.  


Avstraliyanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycana və Gürcüstana akkreditə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top