Astarada karantin rejimini pozan şəxs həbs edildi — VİDEO/FOTOLAR

GÜNDƏM 03 apr 2020, 23:43

Astarada karantin rejiminin qaydalarını pozan şəxs tutulub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Demokrat.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Astara və Lənkəran rayonunun birləşdiyi ərazidə, Çayoba kəndi ərazisində qurulmuş postdan qanunsuz olaraq digər rayonun ərazisinə keçən şəxs Astara Rayon Polis əməkdaşları tərəfindən saxlanılıb.


Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini Əmrayev Kənan karantin qaydalarına, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, Lənkəran rayonunun ərazisinə daxil olub. 


Həmin şəxs daha sonra Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. 


O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək, inzibati qaydada həbs edilib.


Ümumilikdə, bu günədək Astara RPŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 22 nəfər barəsində inzibati qaydada tədbirlər görülüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top