Yarımçıq qalmış Azərbaycan çempionatının qalibi açıqlandı — VİDEO

İDMAN 03 apr 2020, 21:59

Basketbol üzrə Azərbaycan çempionatının qalibi elan edilib.


Demokrat.az xəbər verir ki, Superliqanın fevral ayının 29-da keçirildiyi XX turundan sonra respublikada yaranmış gərgin epidemioloji vəziyyətə görə, XXVII Azərbaycan çempionatının oyunlarında məcburi fasilə yaranıb.


Fasiləyə qədər “Zirvə Astara” 38 xal, “Atom” 34 xal, “Gəncə” isə 32 xal ilə Superliqanın müvafiq olaraq I, II və III yerlərini bölüşdürürdü.


Bununla yanaşı, dünyada qlobal COVID-19 pandemiyasının geniş yayılması səbəbindən Beynəlxalq Basketbol Federasiyası (FIBA) martın 13-dən bütün beynəlxalq yarışların dayandırılması barədə qərar verib. Eyni zamanda, bir sıra Avropa ölkələrində (Polşa, Ukrayna, Litva və s.) yerli çempionatlar dayandırılaraq qaliblər elan edilib.


Bununla əlaqədar Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyəti bu gün virtual video-iclas keçirib. İclasda ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, Məşqçilər Şurasının tövsiyəsi ilə Superliqanın turnir cədvəlində mövcud sıralanmaya əsasən “Zirvə Astara” klubu Azərbaycan çempionu elan edilib.


Qeyd edək ki, bu klub ilk dəfə Azərbaycan çempionatında çıxış edirdi.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top