BNA yol kəsişmələrində 27 kilometr uzunluğunda “sarı tor” çəkəcək — 1 milyon pul ayrıldı

SOSİAL 03 apr 2020, 19:23

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən “Yol xətlənməsi əl işlərinin satın alınması” məqsədilə keçirilən tenderin qalibi “1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC olub.


Demokrat.az xəbər verir ki, BNA paytaxtın avtomobil yollarında 6 529 ədəd “Ziqzaq”, 15 522 ədəd “Piyada keçidi”, 9 448 ədəd “Oxlar”, 1 808 ədəd “Stop xətti”, 4 873 ədəd “Adacıq”, 305 ədəd “Yol ver”, 79 ədəd “BUS və ya TAXI (hərflərin sayı), 29 ədəd “Dairə”, 27 380 metr “Sarı tor” işarələrinin çəkilməsi üçün “1 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə 1 milyon 29 min 28 manat 44 qəpik vəsait ödəyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top