Bu görüntülər İspaniyada çəkilib — Qara torbalardakı cəsədlər üst-üstə yığılıb...

DÜNYA 03 apr 2020, 18:57

İspaniyada yeni növ koronavirus səbəbilə ölənlərin sayı durmadan artır.


Demokrat.az xəbər verir ki, İspaniyada adı açıqlanmayan xəstəxanalardan birinin koridorunda  COVİD-19 səbəbilə ölən çox sayda insan cəsədləri görülür. Verilən məlumatlarda koronavirusdan ölən şəxslərin cəsədləri xəstəxana koridorunda üst-üstə yığılıb dəfn edilməsi üçün göndərilir. Hətta, ölkədə vəfat edənlər üçün tabut hazırlanmasının belə çətinləşdiyi bildirilir. Görüntüləri dünyaya yayımlayan İngiltərənin mətbuat orqanı "Dailystar"da bildirilib ki, həmin video İspaniyada vəziyyətin nə qədər ağır olduğunu ortaya qoyur. Qeyd edək ki, son rəqəmlərə görə, İspnaiya yeni növ koronavirus səbəbilə ölənlərin sayı 10 min 935-ə çatıb. Həmin xəstəliyə yoluxanların sayı isə son 24 saatda 7 min 117 nəfər artaraq 117 min 710-a çatıb.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top