DİQQƏT: Əhalinin bu hissəsi pul ala bilməyəcək — AÇIQLAMA

SOSİAL 03 apr 2020, 17:43

"Təqdim olunan proqramlar yalnız biznesə və legal əmək bazarının içtirakçılarının hansısa formada müdafiəsi xarakteri daşıyır. İşsizlik müavinəti, sosial yardım kimi, sosial müdafiə mexanizmlərinin əhatə dairəsinin daha da genişləndirilməsi şərtdir. Bu proqramlar qeyri-legal əmək bazarı iştirakçılarına uyğun deyil"


Demokrat.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bu yardımlardan fayadalanmaq üçün faktiki olaraq qanuni əmək bazarının iştirakçısı olmaq, əmək müqaviləsinə sahib olmaq kimi şərtlər var:


"Görünən odur ki, indiki şəraitdə vətəndaşa birbaşa güzəştlər nəzərdə tutulmayıb. Elektrik enerjisinin təchizatı ilə bağlı olan məsələdə, bir abunəçi üçün 1 kv/saat elektrik enerjisinin aylıq limitinin artırılması aşağı qiymətə istehlaka şərait yaradıb. Bu da təxminən bir ailəyə 4 manat aylıq güzəşt deməkdir. Kommunal xidmətlər üzrə kiçik güzəştdir".

 
İqtisadçı ekspert həmçinin qeyd edib ki, bütün kommunal xidmətlərdən, ödəniş haqlarından onların karantin dövründə azad  edilməsi, həmin ailələrin sabit xərclərinin müəyyən qədər azalmasına və maddi vəziyyətlərinin  nisbətən sabit saxlanmasına, eyni zamanda həmin insanların karantin şərtlərinə əməl etməsinə müsbət ətsir göstərə bilər.(redaktor.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top