Bakı Mətbuat Klubu Prezidentin təşəbbüsünə qoşuldu — Jurnalistlər Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürdülər

GÜNDƏM 03 apr 2020, 16:52

Bakı Mətbuat Klubunun (Press Klub) kollektivi adından toplanılan ianə vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.


Bu barədə Demokrat.az-a Bakı Mətbuat Klubunun təsisçisi Arif Əliyev məlumat verib. 


Arif Əliyev bildirib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsait Bakı Mətbuat Klubunun üzvü olan jurnalistlər tərəfindən ianə edilib. 


Onun sözlərinə görə, həmin vəsait jurnalistlərin qonorarından toplanılıb:


"Bakı Mətbuat Klubu olaraq qərara gəldik ki, biz də Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz imkanlarımız daxilində yardım göstərək. Bununla biz dövlətin bu təşəbbüsünə öz dəstəyimizi nümayiş etdirdik. Digər tərəfdən isə jurnalistlərin bu fonda pul köçürməsi həmin vəsaitlərə nəzarət edilməsi baxımından da müsbət əhəmiyyət kəsb edir".


Arif Əliyev imkanı olan şəxslərə də çağırış edib:


"İstərdim ki, imkanı olan şəxslər də Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz dəstəklərini əsirgəməsinlər. Nəticədə bura toplanılan vəsait Azərbaycan xalqının qorunması üçün sərf olunacaq".


Zaur Hacılı
Demokrat.az  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top