Deputatdan ÖRNƏK ADDIM — Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

GÜNDƏM 03 apr 2020, 16:16

Ana Vətən Partiyası (AVP) üzvlərinin və partiyanın Mərkəzi Aparatında çalışanların vəsaiti hesabına toplanmış olan 2 min manat pul aprelin 2-də Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb. 


Bu barədə Demokrat.az-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı məlumat verib. 


Fəzail Ağamalı bildirib ki, Azərbaycan xalqının digər nümayəndələri kimi, Ana Vətən Partiyasının bir sıra üzvləri də ölkə Prezidentinin başlatmış olduğu təşəbbüsə qoşulublar:


"Ulu tanrımız xalqımızı və dövlətimizi bu böyük bəladan hifz etsin. Biz güclü millətik, güclü dövlətimiz var. Əminəm ki, millətimiz və dövlətimiz həmrəy olaraq, dünyanı öz ağuşuna alan bu fəlakətdən az itki verməklə üzüağ çıxmağı bacaracaq. Uca tanrı köməyimiz olsun. Amin!".

 


Zaur Hacılı
Demokrat.az 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top