Azərbaycan neftinin qiyməti 22% yüksəldi

İQTİSADİYYAT 03 apr 2020, 13:40

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,71 ABŞ dolları, yaxud 22,44% artıb.

 

Demokrat.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 20,24 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, indiyə qədər "Azeri LT CIF" neftinin minimal qiyməti aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top