Bu ölkədə mövsüm dayandırıldı — ÇEMPİON AÇIQLANDI

İDMAN 02 apr 2020, 23:00

Belçika liqasında rəsmi olaraq mövsüm dayandırılıb.


Demokrat.az xəbər verir ki, 15 xallıq fərqlə lider olan "Brügge" klubu tarixlərində 16-cı dəfə çempion elan edilib. Onların çempionluğu UEFA tərəfindən də təsdiqlənərsə, növbəti mövsüm üçün UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəklər. "KAA Gent" klubu ikinci pilləni tutaraq, növbəti mövsüm üçün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə vəsiqə qazanacaq.


Avrokuboklara növbəti mövsüm üçün pillələr həmçinin Belçika kuboku finalındakı "Brügge" - "Royal Antverp" oyunundan sonra da bilinməli idi. O oyun barədə qərar verilməyib.


Qeyd edək ki, UEFA rəhbərliyi öncəki qərarında bildirmişdi ki, əgər hansısa liqa tam dayandırılsa həmin liqada çempion seçilməyəcək. Qitə futbol qurumu 55 milli assosiasiya rəhbəri ilə keçirdiyi 1 aprel videokonfransında ölkələrin çempionatları ilə bağlı qərar vermək hüququnu onların öz ixtiyarına buraxıb.(offsideplus.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top