Bu partiyalar MSK-ya boş maliyyə hesabatı təqdim edib — SİYAHI

SİYASƏT 02 apr 2020, 16:41

Aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatıb.


Demokrat.az-ın xəbərinə görə, bu günə qədər Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan 32-si MSK-ya maliyyə hesabatı təqdim edib.


Həmin siyasi partiyalardan 20-i MSK-ya boş maliyyə hesabatı təqdim edib.


Bunlar aşağıdakılardır:

 

1. Azərbaycan Naminə Alyans Partiyası


2. Azərbaycan Liberal Partiyası


3. Azərbaycan Xalq Demokratik Partiyası


4. Azərbaycan Respublikaçılar Partiyası


5. Azərbaycan Kommunist Partiyası

 

6. Klassik Xalq Cəbhəsi Partiyası


7. Müasir Musavat Partiyası

 

8. “Milli Vəhdət” Partiyası


9. “Birlik” Partiyası


10. Azərbaycan Milli Demokrat Partiyası


11. Azərbaycan Təkamül Partiyası


12. “Qorqud” Partiyası


13. Vahid Azərbaycan Partiyası


14. Demokratik Azərbaycan Dünyası Partiyası


15. Azərbaycan Yurddaş Partiyası


16. Azərbaycan Xalq Partiyası


17. “Azərbaycan Mübarizləri” Partiyası


18. Vətəndaş Birliyi Partiyası


19. Böyük Azərbaycan Partiyası


20. Azərbaycan Liberal Demokrat Partiyası


Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top