Ronaldo İngiltərə klubuna gəlir — Məşhur nəşrdən ŞOK İDDİA

İDMAN 02 apr 2020, 00:25

"Yuventus" klubunun ulduz futbolçusu Kristiano Ronaldo yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.


Demokrat.az xəbər verir ki, bu iddia ilə İspaniyanın məşhur "Marca" nəşri çıxış edib. 

 

Portuqaliyalı ulduz keçmiş klubu "Mançester Yunayted"ə geri dönə bilər. Qəzet 35 yaşlı futbolçunun "Old Trafford"a mümkün qayıdışını və Ronaldonun yayda "Yuventus"dan ayrılacağını yazıb. 


Onunla həmçinin PSJ-nin də yaxından maraqlandığı bildirilib.


Qeyd edək ki, Ronaldo cari mövsümdə A Seriya-da çıxdığı 22 oyunda 21 dəfə rəqib qapılarına yol tapıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top