ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü — YENILƏNİB

DÜNYA 01 apr 2020, 22:44

ABŞ-da son sutkada 920 nəfər koronavirusdan ölüb.


Demokrat.az xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.


Bildirilib ki, bununla da ABŞ-da pandemiyadan ölənlərin sayı 4 090-a çatıb.


*** 10:12


ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı 4 000-i keçib.


Demokrat.az xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.


Bildirilib ki, ölkədə virus qurbanlarının sayı 4 079 nəfər çatıb. Qeyd alınmış koronavirus daşıyıcılarının sayı isə 190 000-ə yaxınlaşıb.


ABŞ virusa yoluxanların rəsmi sayına görə dünyada 1-ci, qurbanların sayına görə isə 3-dür.


Qeyd edək ki, ABŞ-da koronavirusa ilk yoluxma faktı yanvarın 21-də qeydə alınıb.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 859 400-ü ötüb. Bunların 178 322 nəfəri sağalıb, 42 335 nəfəri isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top