Daha bir ŞAD XƏBƏR: Bunlar ƏDV-dən azad olunacaq (SİYAHI)

SOSİAL 01 apr 2020, 20:47

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir.


Demokrat.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib.


Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi də qarşıya məqsəd qoyulub.


Əhalinin ərzaq, tibb, digər zəruri məhsullara olan tələbatının qısa müddətdə, daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi də proqramda öz əksini tapıb. 


Həmçinin, epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır dərəcə ilə tutulacağı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top