Çeçenistana da giriş-çıxış bağlanır

DÜNYA 01 apr 2020, 21:52

Prezident Ramzan Kadırov koronavirusun yayılması səbəbiylə aprelin 5-dən etibarən Çeçenistan Respublikası ərazisinə giriş və çıxışı tamamilə bağlayacağını elan edib.


Demokrat.az xəbər verir ki, Kadırov Çeçenistan sakinlərini aprelin 5-dək vətənlərinə qayıtmağa çağırıb.


“Əks təqdirdə onlar respublikaya daxil ola və ya çıxa bilməyəcəklər” ,- deyə o, qeyd edib.


Dövlət başçısı məhdudiyyətlərin qida və dərman daşınmalarına aid olmayacağını bildirib.


Qeyd edək ki, son məlumatlara görə, Çeçenistanda 10 koronavirusa yoluxma faktı qeydə alınıb.


Martın 28-dən etibarən yerli hakimiyyət orqanları tərəfindən respublika ərazisində karantin rejimi elan olunub. Vətəndaşlara heç bir səbəb olmadan evdən çıxmağın qadağan edildiyi bildirilib.(qafqazinfo.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top