Dərslər sentyabrın 15-dək təxirə salınıb? — Nazirlikdən AÇIQLAMA

SOSİAL 01 apr 2020, 18:11

Təhsil Nazirliyi dərslərin sentyabrın 15-dək təxirə salınması ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.


Demokrat.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında sözgedən xəbəri təkzib edib.


Onun sözlərinə görə, belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır:


“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən guya dərslərin 15 sentyabradək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır. Belə yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır. Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”.(yenicag.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top