Çinli tələbə koronavirusu yenidən Uhana qaytardı

DÜNYA 01 apr 2020, 23:30

İngiltərədə təhsil alan çinli tələbələrdən biri COVID-19 virusunu xəstəliyin yarandığı şəhərə yenidən qaytarmış şəxsə çevrilib.


Demokrat.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.


Çinli tələbə Uhana gəlməzdən əvvəl Nyukasldan Dubaya, oradan Pekinə təyyarə ilə uçub. Çinin paytaxtındakı hava limanında ondan koronavirus üçün analiz götürülüb. Yeniyetmədə xəstəliyin əlamətləri olmasa da, cavablar sonradan müsbət çıxıb.


Avropadan gələn tələbə dərhal Uhandakı xəstəxanaya yerləşdirilib.


Rəsmi statistikaya görə, Pekində koronavirus infeksiyası hallarının əksəriyyəti İngiltərə, İspaniya və İtaliyadan gələn insanlarda aşkar olunur.(BAKU.WS)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top