Karantin qaydalarını pozan şəxs həbs olundu — VİDEO

HADİSƏ 01 apr 2020, 17:31

Gəncədə karantin rejimini pozan şəxsə qarşı inzibati qaydada həbs cəzası verilib.


Baku.Tv xəbər verir ki, şəhərin "Məhsəti" qəsəbəsi adlanan ərazisində Tahir Hüseynovun özünə məxsus olan kafeni gizli yolla işlətdiyi məlum olub. 


Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı kafenin fəaliyyət göstərdiyi, müştərilərin gizli şəkildə kafeyə daxil olduğu müəyyən edilib. 


Reyd zamanı adıçəkilən şəxsə karantin rejiminin tələblərini kobud şəkildə pozduğu izah olunub. Lakin kafe sahibi polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, onların xidməti fəaliyyətinə mane olmağa çalışıb.


Kafe sahibi törətdiyi əməlindən peşmandır. O, işçiləri necə gizlətdiyini də etiraf edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top