Yetkinlik yaşına çatmayan qıza təcavüz edən iki nəfər tutuldu

KRİMİNAL 01 apr 2020, 14:42

Şamaxı rayonunda seksual xarakterli zorakılıq hərəkətləru etməkdə ittiham olunan iki nəfər həbs edilib.


Demokrat.az-ın məlumatına görə, rayon sakinləri – Eldəniz Səməndərov və Səid manafov Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.  


Hər iki şəxs Şamaxı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub.


Onların yetkinlik yaşına çatmayan qıza təcavüz etdikləri bildirilir.


Faktla bağlı cinayət işi başlanıb.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top