"Onun nəşinin Bakıya gətirilməsi üçün çalışırlar...” — FACİƏ

GÜNDƏM 01 apr 2020, 21:39

"Xalq artisti Canəli Əkbərovun mərhum qardaşının nəşi Bakıya gətiriləcək".


Demokrat.az xəbər verir ki, bu barədə məlumat Qaynarinfo-ya muğam ifaçısı Canəli Əkbərovun ailəsindən verilib. 


Ailədən bildirilən məlumata görə, hazırda Fərail Əkbərovun  nəşinin vətənə gətirilməsi üçün işlərə başlanılıb:


"Hazırda onun nəşinin Bakıya gətirilməsi üçün çalışırlar. Mərhumun  59 yaşı var. İki uşaq atasıdır. Uzun müddətdir ki, Rusiyada yaşayırdı. Onu avtomobillə arxadan vurublar. Vuran sürücü sərxoş olub".


Qeyd edək ki, Azərbaycanın Xalq artisti Canəli Əkbərova agır itki üz verib. Sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu Rusiyada facəvi şəkildə həlak olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top