Elman Rüstəmov vəzifədən gedir

HADİSƏ 01 apr 2020, 11:20

Bu ay Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun səlahiyyət müddəti başa çatır.

 

Demokrat.az-ın xəbərinə görə, sonuncu dəfə Milli Məclis E.Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib.
 

9 aprel 2015-ci il tarixində isə Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb.
 

Ümumiyyətlə, 68 yaşlı E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top