Keçmiş prezident koronavirusdan öldü — FOTO

HADİSƏ 01 apr 2020, 10:25

Fransa "Marsel"inin keçmiş prezidenti Pape Diuf 68 yaşında koronavirusdan dünyasını dəyişib.


Demokrat.az-ın xəbərinə görə, Diuf martın 30-da Seneqalın paytaxtı Dakardakı xəstəxanalardan birinə ağır vəziyyətdə çatdırılıb. Lakin tibbi yardım nəticə verməyib.


Qeyd edək ki, Pape Diuf 2005 - 2009-cu illərdə "Marsel"in prezidenti postunu tutub. Seneqallı funksioner idman jurnalisti və futbol agenti kimi də çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top