Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

KRİMİNAL 01 apr 2020, 16:39

Saxta sənədlər əsasında dövlət büdcəsindən subsidiya almaq istəyən bələdiyyəyə cinayət işi açılıb.

 

Demokrat.az-ın xəbərinə görə, bu, 2019-cu il üzrə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”də əksini tapıb.
 

Məruzədə qeyd edilib ki, Bərdə rayonu Qaraqoyunlu bələdiyyəsi tərəfindən təmir-tikinti işlərinin aparılması adı altında pul vəsaitlərinin qanunsuz silinməsi nəticəsində bələdiyyə büdcəsinə 15 min 716 manat ziyan vurulması, səlahiyyətli olmadığı halda bələdiyyə sədri tərəfindən 173,35 hektar torpaq sahəsi üzrə təkbaşına qərarlar qəbul edilməsi və saxta sənədlər əsasında dövlət büdcəsindən subsidiyanın ayrılmasına şərait yaradılması halları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1, 313 179.2.3 və 1792.4-cü maddələri ilə cinayət işi başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top