"BP Azərbaycan": "Bu məsələ tərəfimizdən araşdırılacaq" — VİDEO+YENİLƏNİB

HADİSƏ 31 mar 2020, 14:33

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı əməliyyatlar üzrə vitse-prezidenti Zaur Paşayev koronavirusdan "qorunmaq" üçün etdiyi hərəkətlərdən sonra ortaya iyrənc görüntüləri çıxıb.


Demokrat.az-ın xəbərinə görə, onun etdikləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Belə ki, Z.Paşayev, lifti gözləyərkən rezin əlcək geyinir və onun düyməsini ayağı ilə basır. Liftə daxil olduqdan sonra öz xoşagəlməz rəftarını yenidən davam etdirir. Vitse-prezident liftin içərisində yenidən düyməni əli ilə deyil, ayağı ilə basır.

 

Məsələ ilə bağlı “BP Azərbaycan” şirkətinin mətbuat katibi Tamam Bayatlı Oxu.Az-a açıqlamasında bunları deyib: 

 

"Sosial şəbəkədə yayılan görüntüləri izləmişik. Görüntülər BP-nin binasına aid deyil. BP-nin binasında belə bir hadisə baş verməyib.

 

5 minə yaxın əməkdaşımız var. Ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində Nazirlər Kabinetinin qərarına uyğun olaraq, əməkdaşlarımızın sağlamlıqlarını qorumaq məqsədilə bütün zəruri tədbirlər görülür. Bu məsələ tərəfimizdən araşdırılacaq. Araşdırmanın nəticəsindən asılı olmayaraq bildirmək istəyirəm ki, biz bu cür davranışı düzgün hesab etmirik".

 

 

 

 

Zaur

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top