Azərbaycanda kürəkən qayınatasını öldürdü — ŞOK TƏFƏRRÜAT

KRİMİNAL 31 mar 2020, 12:13

Xaçmaz rayonunda keçmiş qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Səfər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.


İttihama görə, hadisə ötən il rayonun Qımıl kəndində qeydə alınıb.


Kənd sakini, 1961-ci il təvəllüdlü Qədirov Əlihüseyn Cəlil oğlu keçmiş kürəkəni, 1990-cı il təvəllüdlü Qurbanov Səfər İlham oğlu tərəfindən bıçaqlanıb.


Səfər Qurbanov keçmiş qayınatasına 8 bıçaq zərbəsi vurub. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.


Səfər Qurbanov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.


Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Səfər Qurbanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.


Səfər Qurbanov qeyd edib ki, 2017-ci ildə Əlihüseyn Qədirovun qızından rəsmi qaydada ayrılaraq ikinci dəfə ailə həyatı qurub.


Onun sözlərinə görə, hadisədən bir neçə gün əvvəl keçmiş arvadı G.Qədirovanın başqası ilə ailə qurmaq istəməsi barədə eşidib və keçmiş qayınatasının evinə gedərək yayılan xəbərə etirazını bildirib.


O, qeyd edib ki, yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqla keçmiş qayınatasına bıçaqla 8 dəfə xəsarət yetirib.


Növbəti proses aprelin 14-də davam edəcək.


Fariz Məlikli

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top