Azərbaycanda 273 nəfər koronavirusa yoluxub — RƏSMİ

GÜNDƏM 31 mar 2020, 11:17

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 243 nəfərdir, onlardan 11 pasiyentin vəziyyəti orta ağır, 3 isə ağırdır. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 273-dur, onlardan 26 nəfəri sağalıb. Yoluxmuşlar arasında 4 ölüm faktı qeydə alınıb.


Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.


Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top