Milli Məclisdə islahat başladı — İşdən çıxarılan var

SOSİAL 31 mar 2020, 10:12

Azərbaycan Milli Məclisinin Aparatında kadr islahatlarına start verilib.

 

APA-nın məlumatına görə, Milli Məclis sədrinin köməkçisi Fizuli Əsəd oğlu Abbasov vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacağını bildirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top