Milli Məclis sədri kreslonu dəyişdirdi — FOTO

HADİSƏ 31 mar 2020, 09:20

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin plenar iclas zalındakı kreslosunu dəyişdirib.


Demokrat.az-ın pravda.az-a istibadən xəbərinə görə, hazırkı kreslo sadəliyi ilə fərqlənir. Əvvəlki kreslo bir qədər böyük və cəlbedici olub.


Qeyd: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda "ASAN Həyat” kompleksinin açılışında "ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə onun üçün qoyulan kreslonun dəyişdirilməsini tələb edib: "Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”.


Sonra ölkə başçısı üçün qoyulmuş xüsusi kreslo adi stulla əvəzlənib.


Xatırlatma: Martın 10-da Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova sədr seçilib.

 

undefined

undefined

undefined

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top