CNN: ABŞ-da ilk dəfə koronavirusdan ölənlərin sayı bir gündə 500-ü ötüb

DÜNYA 31 mar 2020, 09:33

ABŞ-da ilk dəfə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı bir gündə 500 nəfəri ötüb.

 

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan "CNN" telekanalı bildirib.


Telekanalın məlumatına əsasən, martın 30-u ABŞ-da koronavirusdan 502 ölüm halı qeydə alınıb, bu isə ölkədə koronavirusdan bir gündə qeydə alınan ən çox ölüm sayıdır. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 2931 nəfər bərabərdir.


Qeyd edək ki, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti isə ölkədə ümumilikdə koronavirusa 160 mindən artıq yoluxma halının və 2978 virusdan ölüm halının qeydə alındığını bildirir. Universitetin məlumatına əsasən, 5644 nəfər xəstəlikdən sağala bilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top