Koronavirusdan sağalan şəxs yenidən yoluxa bilər?

MARAQLI 31 mar 2020, 09:07

"Koronavirus xəstəsinin müalicəyə alınıb izolyasiya edilməsindən sonrakı müddət çox önəmlidir. Əgər həmin şəxs xəstəliyi yüngül öskürək, halsızlıqla, yəni ağır şəkildə keçirmirsə, 8 gün müddətində müalicəsi yaxşı gedirsə, xəstəliyi yoluxdura bilməz. Xəstələrin 10 faizində bu müddət 12 günə qədər uzana bilir".

 

Bunu Türkiyə Yoluxucu Xəstəliklər Dərnəyinin başqanı Mehmet Ceylan mətbuata açıqlamasında deyib.

 

O bildirib ki, koronavirus xəstəsi sağaldıqdan sonra təkrar Covid-19-a yoluxa bilməz:

 

"Pasiyentin müalicəsi 8 gün ərzində yaxşı gedirsə, xəstəliyi yoluxdura bilməz. Əgər onun ağciyər infeksiyası, yəni nəfəs darlığı və yaxud da xroniki narahatlığı varsa, bu müddət 20 günə qədər artır. Müalicəsinin sonunda xəstə bir neçə test verir. Əgər bu zaman testin nəticəsi neqativ çıxsa, o, normal həyata dönə bilər. Koronavirus xəstəsi sağaldıqdan sonra yenidən yoluxma ehtimalı yoxdur". ("Qafqazinfo")

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top