Tokio Olimpiadasının keçiriləcəyi vaxt dəqiqləşdirilib

İDMAN 30 mar 2020, 22:41

Tokio Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi vaxt dəqiqləşdirilib. 


Demokrat.az xəbər verir ki, bu barədə NHK telekanalı Tokio paytaxt hökumətinin rəsmilərinə istinadla məlumat yayıb. 


Bildirilir ki, əldə edilən razılaşmaya əsasən Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlanacaq. 


Qeyd edilir ki, bu barədə razılaşma Beynəlxalq Olimpiya Komitəsi (BOK), Tokio təşkilat komitəsi, Tokio paytaxt hökuməti və Yaponiya hökuməti arasında aparılan müzakirələrin nəticəsi olaraq əldə edilib. 


Qeyd edək ki, dünyanı ağuşuna almış “COVID-19” koronavirusuna görə Yaponiya hökuməti ilə BOK arasında əldə edilən razılaşmaya əsasən “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları gələn il keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top