Azərbaycanda koronavirus infeksiyasına ümumilikdə 273 yoluxma faktı qeydə alınıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.