"Vətənaşlardan ödənişin tələb olunması barədə yayılan məlumatlar böhtan xarakterlidir" — İcra Hakimiyyəti

SOSİAL 30 mar 2020, 16:33

Abşeron rayonu ərazisində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar baş verəbiləcək yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan dezinfeksiya tətbirləri zamanı vətənaşlardan hər hansı bir ödənişin tələb olunması barəsində bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Youtube” sosial şəbəkəsindəki “ReaksiyaTV” kanalında yayılan  məlumatlar həqiqəti əks etdirmir və tamamilə şər, böhtan xarakterlidir. 


Demokrat.az xəbər verir ki, bu arədə Abşeron Rayon İcra Hakimiyyətinin yaydığı məlumatda qeyd olunur. 


Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, bu cür şantaj məqsədi daşıyan informasiyalar sırf  jurnalist təxəyyülünün məhsuludur və rayon ərazisində görülən işlərin, həyata keçirilən layihələrin gözdən salınmasına və əhali arasında çaxnaşma yaratmağa hesablanmış addımdır. 


Qeyd etmək istərdik ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tətbiq etdiyi qrafikə uyğun olaraq rayonun kənd və qəsəbələrdə təxirəsalınmaz sosial izolyasiya istiqamətində işlər görülür, Mənzil Kommunal İstismar Sahələrinin və rayon Gigiyena və Epidemilogiya Mərkəzinin əməkdaşları  tərəfindən rayonda mütəmadi olaraq profilaktika və dezinfeksiya tədbirləri həyata keçirilir. Ona görə də şər və böhtan xarakterli məlumatlar yayan şəxslər barəsində RİH tərəfindən aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. 


Rayon sakinlərindən isə xahiş edirik ki, həyata keçirilən dezinfeksiya tədbirləri zamanı onlardan hər hansı bir ödənişin tələb olunması faktı ilə qarşılaşsalar, bu barədə Abşeron rayon İcra Hakimiyyərtində yaradılan Operativ Qərərgaha (012-342-40-00) məlumat versinlər. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top