“Seyid Sadiq” tutuldu — FOTO

KRİMİNAL 30 mar 2020, 17:43

Şirvanda kriminal aləmdə “Seyid Sadiq” ləqəbi ilə tanınan narkotacir saxlanılıb. 

 

Demokrat.az-ın xəbərinə görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Şirvan sakini, 1972-ci il təvəllüdlü Ağami Seyidsadiq Mirmetdi oğlu saxlanılıb.  Seyidsadiq Ağami barəsində Şirvan şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 

S.Ağami narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
 

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi başlanılıb, istintaq aparılır.(APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top