Sarkisyanın Bakıya gəlmiş müavini də polisə çağırıldı - FOTO

Ermənistan Respublika Partiyasının sədr müavini, deputat Armen Aşotyan da polis tərəfindən şahid kimi dindirilib.


Demokrat.Az xəbər verir ki, bu barədə "hraparak.am" saytı xəbər yayıb. Deputat nazir fəaliyyəti ilə bağlı dindirildiyini bildirib.


A.Aşotyan baş verənləri hökumətin təşkil etdiyi teatr adlandırıb. 


O, məzuniyyətə getdiyini və geri döndükdən sonra baş verən hadisənin detalları haqqında məlumat verəcəyini bildirib.


Qeyd edək ki, A.Aşotyan S.Sarkisyanın hakimiyyəti dönəmində təhsil naziri vəzifəsində çalışıb.


Virtualaz.org xatırladır ki, Armen Aşotyan həm də Ermənistan parlamentinin “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəridir və ötən ilin sentyabrında “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olmuşdu.


Yeri gəlmişkən, Armen Aşotyan jurnalistlərin suallarına cavab verərkən ortaya maraqlı məqam çıxmışdı. Məlum olmuşdu ki, onun anası bakılıdır: "Axırıncı dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. O vaxt 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəllə təsadüf edirdi. Mənim anam bakılıdır...".

 

Похожее изображение

9 Avqust 2018, 17:55   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß