Tramp ABŞ-a gələn Britaniya şahzadəsinə: "Sizə pul ödənilməyəcək!" (FOTO)

DÜNYA 29 mar 2020, 23:47

"Mən Böyük Britaniya kraliçasının böyük dostu və heyranıyam".


Demokrat.az xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp özünün "facebook" hesabında bildirib.


Dövlət başçısı, Britaniya şahzadəsi Harri və onun həyat yoldaşı Meqanın Krallığı tərk edərək, Kanadada daimi yaşayacağını xatırladıb. Tramp indi onların Kanadanı da tərk edərək, Birləşmiş Ştatlara gəldiyini açıqlayıb. 


O, şahzadə və onun həyat yoldaşının təhlükəsizliyi  barədə bunları yazıb:

 

"ABŞ onların təhlükəsizliyinin qorunması üçün pul ödəməyəcək. Həmin məbləği özləri ödəməlidir".

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top