"Mən Böyük Britaniya kraliçasının böyük dostu və heyranıyam".
Demokrat.az xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp özünün "facebook" hesabında bildirib.
Dövlət başçısı, Britaniya şahzadəsi Harri və onun həyat yoldaşı Meqanın Krallığı tərk edərək, Kanadada daimi yaşayacağını xatırladıb. Tramp indi onların Kanadanı da tərk edərək, Birləşmiş Ştatlara gəldiyini açıqlayıb.
O, şahzadə və onun həyat yoldaşının təhlükəsizliyi barədə bunları yazıb:
"ABŞ onların təhlükəsizliyinin qorunması üçün pul ödəməyəcək. Həmin məbləği özləri ödəməlidir".