“Koronavirusla mübarizə aprel ayında daha da çətin olacaq” — Fransanın baş naziri

DÜNYA 29 mar 2020, 22:22

Fransanın Baş naziri Eduard Filip, Səhiyyə naziri Veren Olivier koronavirusla mübarizə məqsədi ilə  mətbuat konfransı təşkil edib.

 

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusla bağlı açıqlama verən nazir, hazırki vəziyyətin aprel ayında  daha da pisləşəcəyini deyib: " Fransa, hal-hazırda bənzəri olmayan bir böhranla qarşı-qarşıyadır. Dünyada olan insanların təqribən yarısı evlərində qalır və bu bir ilkdir. Mübarizə yeni başlayır, aprel ayının ilk 15 günü, əvvəlki 15 gündən daha çətin olacaq".


Ölkədə virusun sürətlə yayıldığını və yoluxma sayının hər 3-4 gündən bir 2 qat artdığını bildirən, E.Filip, koronavirusa qarşı tədbirlərin vaxtında alındığını bildirib. (yeniavaz.com)

 

Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top