COVID-19 hava yolu ilə yoluxur? — ÜST AÇIQLADI

SOSİAL 29 mar 2020, 19:18

Koronavirus insandan-insana hava yolu ilə keçmir.


Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi "Facebook” səhifəsində yayılıb.


Məlumata görə, COVID-19 yalnız virus daşıyıcılarının öskürmə, asqırma və ya danışdıqları zaman saçılan damcılar yolu ilə yoluxma gerçəkləşə bilər.


Qeyd edilib ki, damcılar çox ağır olduğuna görə havada qalmır, dərhal düşür.


Bu səbəbdən ÜST insanlar arasında ən azı 1 metr məsafəni qorumağa, əlləri tez-tez yumağa və göz, burun və ağıza isə toxunmamağa çağırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top