Abşeronda təbliğat qruplarında iştirakçıların sayı 50 nəfərə çatdırıldı — FOTOLAR

SOSİAL 29 mar 2020, 16:11

Abşeron rayonu ərazisində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar baş verəbiləcək yoluxma hallarının qarşısının alınması məqsədi ilə bu gün də maarifləndirmə, təbliğat və dezinfeksiya tədbirləri davam etdirilir. 


Demokrat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və səmərəliliyinin daha da artırılması məqsədi ilə rayon ərazisində təbliğat qruplarında iştirak edənlərin sayı  50 nəfərə çatdırılıb. Səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsi ilə Xırdalan, Qobu, Hökməli, Güzdək, Aşağı Güzdək və digər kənd və qəsəbələrdə maarifləndirmə tədbirləri həyata keçirilib. 


Abşeron rayonu ərazisində həyata keçirilən “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib. Belə ki, qərargaha 7 çağırış edilib. Onlardan Nuriyev Əliəhməd Güləhməd oğlu (Xırdalan şəhəri), Abbasova Raisa Qardaş qızı (68 yaş, Xırdalan şəhəri), Qəhrəmanova Minayə Mədət  qızı (76 yaş, Xırdalan şəhəri), İbrahimova Rübabə Dadaş qızı (74 yaş, Xırdalan şəhəri), Əsədullayeva Rəhimə Rəhman qızı (Xırdalan şəhəri), Yusifova Bəsti Qadir qızı (Xırdalan şəhəri), Cəfərova Şamama Cəfər qızı (Hökməli qəsəbəsi) ərzaq məhsullarının, dərman vasitələrinin alınıb verilməsini, kommunal xidmət haqqlarının  ödənilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş edib. Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilib.


Məlumat üçün bildirək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə “könüllü qərargahı” yaradılıb. Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir. 


Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)
#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü


Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top