Rüştü koronavirusa yoluxdu — FOTO

İDMAN 29 mar 2020, 10:21

Türkiyənin futbol üzrə yığmasının və “Fənərbağça” klubunun keçmiş qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub.


Bu barədə sabiq futbolçunun xanımı Işıl Rəcbər özünün “İnstagram”dakı səhifəsində bildirib.


O, 46 yaşlı keçmiş futbolçunun koronavirus testinin nəticələrinin müsbət olduğunu deyib.


“Sizlərə həqiqəti ən şəffaf şəkildə paylaşmaq istəyərkən daha gözəl xəbərlər vermək istərdim, fəqət üzülərək həyat yoldaşım Rüştünü COVID-19 diaqnozu ilə xəstəxanaya yatırırıq”, - deyə Işıl Rəcbər sosial şəbəkədə yazıb. 

 

O, bildirib ki, daha əvvəl hər şey qaydasında olub, lakin ailə virusun gizli əlamətləri ilə şoka düşüb. Qadının sözlərinə görə özünün, oğlunun və qızının koronavirus testləri mənfi, ərinin analizləri isə müsbət çıxıb. (Report)

 

Rüştü Reçber koronavirüse yakalandı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top