Paytaxtda idarəetmədən çıxan motosiklet maneəyə çırpıldı

HADİSƏ 29 mar 2020, 09:11

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

 

1998-ci il təvəllüdlü Akimov Kamil Nizami oğlu motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet maneəyə çırpılıb. Qəza nəticəsində K.Akimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top