Fatih Terim sağalmağa başlayıb — Qızı atasının səhhətindən YAZDI

İDMAN 28 mar 2020, 23:43

"Qalatasaray"ın koronavirusa yoluxan baş məşqçisi Fatih Terimin qızı Buse Terim atasının səhhəti haqqında açıqlama verib.


Demokrat.az musavat.com-a istinadən bildirir ki, o, bu barədə İnstaqram-da yazıb. 


Buse bildirib ki, atası sağalmağa başlayıb: "Atam üçün narahat olanlara demək istəyirəm ki, hazırda yaxşıdır və sağalmağa doğru gedir. Daha yaxşı olacaq. Koronavirusa yoluxan hər kəsə şəfa diləyirəm. Atam barədə gözəl xəbərləri verməyi səbirsizliklə gözləyirəm".


Qeyd edək ki, F. Terim koronavirusa yoluxduğunu özü açıqlamışdı: "Koronavirus testinin nəticəsi pozitiv oldu. Xəstəxanada etibarlı əllərdəyəm. Narahat olmayın. Ən qısa müddətdə xəbərləşmək ümidi ilə".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top